AZ

PKK Süleymaniyyədə silahı buraxmağa başlayıb

PKK

PKK terror təşkilatı bu gün İraqın Süleymaniyyə şəhərində silahı buraxmağa başlayarkən DEM heyəti ilk tərksilah nümayişi üçün bölgəyə gedib.

Xalqcəbhəsi.az “sondakika.com”-a istinadla qeyd edir ki, PKK lideri Abdullah Öcalanın açıqlamalarından sonra PKK tərksilah prosesinə başlayıb. Görüşlər və açıqlamalardan sonra PKK bu gün silahını buraxmağa başlayıb. DEM heyəti bu gün başlaması gözlənilən ilk nümayiş üçün Süleymaniyyənin Dukan bölgəsinə gedib.

Bildirək ki, silah buraxma prosesi dünyanın hər yerindən yüzlərlə jurnalist tərəfindən İraqın Süleymaniyyə şəhərinin Dukan bölgəsində keçiriləcək.

Seçilən
4
xalqcebhesi.az

1Mənbələr