AZ

"İnterpolun əməliyyatı nəticəsində insan alverində şübhəli bilinən 158 nəfər saxlanılıb"- ÖZƏL

İnterpol tərəfindən həyata keçirilən genişmiqyaslı beynəlxalq əməliyyat nəticəsində insan alverində şübhəli bilinən ən azı 158 nəfər saxlanılıb. Olaylar.az xəbər verir ki,  bu barədə təşkilatın yaydığı rəsmi məlumatda bildirilir.
Məlumata görə, araşdırmalar çərçivəsində daha 205 nəfərin kimliyi müəyyən olunub və onların da cinayət fəaliyyətinə qarışdığı ehtimal edilir.
1-6 iyun 2025-ci il tarixlərində keçirilən "Qlobal zəncir" adlı əməliyyatda 43 ölkədən 15 minə yaxın hüquq-mühafizə orqanlarının əməkdaşı iştirak edib. Əməliyyata Avstriya və Rumıniyanın hüquq-mühafizə orqanları rəhbərlik edib. Koordinasiya və dəstək isə Interpol, Europol və Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi - Frontex tərəfindən təmin olunub.
Əməliyyat zamanı 1194 potensial qurban aşkar edilib. Onlar 64 ölkənin vətəndaşlarıdır və əsasən Rumıniya, Ukrayna, Kolumbiya və Çin mənşəlidirlər.
Bundan əlavə, əməliyyat çərçivəsində 278 min avroya yaxın nağd pul, saxta sənədlər, narkotik vasitələr və odlu silahlar müsadirə edilib.
İnterpolun məlumatında bu cür əməliyyatların insan alverinə qarşı beynəlxalq səviyyədə mübarizənin vacibliyini bir daha sübut etdiyi vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr