AZ

Türkiyədə tarixi gün! - YENİLƏNİB/Fotolar

PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində tərksilah olması prosesi başa çatıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, prosesə şahidlik edən nümayəndə heyəti bölgəni tərk edib.

Qeyd edilib ki, 4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.

Silahı yerə qoyan PKK-lı qrup bəyanat yayaraq bildirib ki, hüquqi yollarla mübarizəni davam etdirmək üçün öz iradələri ilə silahlarını məhv ediblər.

Xatırladaq ki, bu günə qədər onminlərlə insanın ölümünə səbəb olan PKK terror təşkilatı 27 noyabr 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində qurulub. Təşkilatın ilk hücumu 1984-cü il avqustun 15-i axşam saatlarında Siirtin Eruh və Hakkarinin Şəmdinli rayonlarında həyata keçirilmiş, nəticədə 1 əsgər şəhid olmuş, 9 əsgər və 3 mülki şəxs yaralanmışdı.


*** 11:26

Xəbər verdiyimiz kimi, bu gün PKK terror təşkilatının üzvləri silahlarını təhvil verəcək.

Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, xeyli sayda jurnalist terrorçuların toplaşdığı əraziyə yollanıblar.

Belə ki, 30 PKK üzvünün İraq Kürdüstanı Muxtar Vilayətində silahları təhvil verməsi gözlənilir. Daha sonra simvolik olaraq həmin silahlar yandırılacaq.

Xatırladaq ki, bu ilin fevralın sonlarında PKK-nın qurucusu Abdullah Öcalan tərəfdarlarına silahı buraxmaqla bağlı çağırış edib. PKK may ayında özünü ləğv etdiyini açıqlayaraq Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.






Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr