AZ

Səfir: İsrail regionda hərbi cinayət törədib...

Tehran İsrailin İrana hücumunu bölgədəki vəziyyəti kritik həddə çatdıran hərbi cinayət hesab edir...

Poliqon xəbər verir ki, bunu TASS Agentliyinə müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

Səfirin sözlərinə görə, İran diplomatik yanaşma nümayiş etdirib və danışıqlar masasından kənara çıxmayıb.

“Lakin İsrail rejiminin regionda və ölkəmizdə törətdiyi faciələr vəziyyəti kritik səviyyəyə çatdırıb”, deyə səfir vurğulayıb.

Cəlali qeyd edib ki, Qərbin İranın dinc nüvə obyektlərinə hücumu rasional yanaşmanı məhv edib, danışıqlar prosesini zəiflədib və “hüquqi və tənzimləyici mexanizmlərin mənasız alçaldılmasına” çevrib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək hərbi əməliyyata başlayıb. İran buna cavab olaraq İsraildəki hərbi obyektləri vurub.

İyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib. Trampın sözlərinə görə, Fordo uran zənginləşdirmə zavodu da daxil olmaqla, İranda üç nüvə obyektinə hücum edilib.

İki gün sonra Ağ Evin rəhbəri İran və İsrailin atəşkəsə razılaşdıqlarını açıqlayıb.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr