AZ

Rusiya yaxınlaşır: Orban Avropanın nəyi gizlətdiyini açıqladı

Ukrayna və Avropa İttifaqı münaqişədə aşkar olanı qəbul etmir və sanki qalib gələ biləcək kimi davranmağa davam edir.

Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Radio Kossuth"a müsahibəsində deyib.

"Rusiya qələbəyə yaxınlaşır və Ukrayna bu müharibəni praktiki olaraq uduzdu", - Orban deyib.

Onun sözlərinə görə, Kiyev bunu etiraf etmir və Avropa da Ukrayna ilə birlikdə uduzduğunu etiraf etmir, çünki heç kimin “kifayət qədər cəsarəti yoxdur”.

Macarıstanın baş naziri vurğulayıb ki, Kiyev və Aİ elə davranır ki, sanki bu münaqişədə hələ də qalib gələ bilərlər.

Seçilən
13
publika.az

1Mənbələr