AZ

Türkiyədə tarixi gün

Ajans.az xəbər verir ki, PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində tərksilah olması prosesi başa çatıb. Türkiyə mediasına istinadən xəbər verir ki, prosesə şahidlik edən nümayəndə heyəti bölgəni tərk edib. Qeyd edilib ki, 4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb. Silahı buraxan PKK qrupu bəyanat yayaraq bildirib ki, hüquqi yollarla mübarizəni davam etdirmək üçün öz iradələri ilə silahlarını məhv ediblər:

“Demokratik siyasət və hüquqi yollarla mübarizəmizi davam etdirmək üçün öz iradəmizlə, sizin gözünüz önündə silahlarımızı məhv edirik. Yaxın Şərqin qan gölünə çevrildiyi və xalqımızın sülhə, azadlığa, bərabərliyə və demokratiyaya hər zamankindən daha çox ehtiyacı olduğu bir vaxtda biz bu addımın aktuallığını və tarixi əhəmiyyətini dərk edirik”.

Seçilən
13
Ajans.az

1Mənbələr