ABŞ Prezidenti Donald Tramp 1 avqustdan etibarən Kanada məhsullarına sektor tariflərdən əlavə olaraq 35 faiz gömrük rüsumu tətbiq ediləcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Tramp, Truth Social sosial media hesabında Kanadaya yönəlik tarif məktubunu paylaşıb.
Kanadanın ABŞ-lə əməkdaşlıq etmək əvəzinə qarşılıqla cavab verdiyini qeyd edən Tramp deyib: "1 avqustdan etibarən, Kanadadan ABŞ-a göndərilən məhsullara, bütün sektoral tariflərdən əlavə olaraq 35 faizlik gömrük rüsumu tətbiq edəcəyik".
Tramp, yüksək tariflərdən yayınmaq məqsədilə başqa ölkələr vasitəsilə ötürülən malların daha yüksək gömrük rüsumlarına tabe tutulacağını da vurğulayıb.
Kanadadan olan şirkətlərin ABŞ-də istehsal həyata keçirmələri halında heç bir gömrük rüsumunun tətbiq olunmayacağını qeyd edən Tramp, bu istiqamətdə təsdiq proseslərini də sürətləndirəcəklərini bildirib.