Son zamanlar daha çox idman zallarında populyar olan protein tozlarının orqanizmdə şişlər yaratması barədə xəbərlər artıb.
“Medicina” xəbər verir ki, onkoloq, tibb elmləri namizədi Vladimir İvaşkov bu fikirlərə aydınlıq gətirdi.
Onun sözlərinə görə, bu cür nəticələr yalnız o zaman baş verə bilər ki, insan qida əvəzinə zülal tozunu və ya ona uyğun kokteylləri çox qəbul edir.
"Nəzərə alsaq ki, bu yalnız kiçik bir qida əlavəsidir, əlbəttə ki, bu cür problemlər yarada bilməz".
Həkim əlavə edib ki, xərçəngin inkişafına qırmızı ətin həddindən çox istifadəsi, spirtli içkilər və siqaret də səbəb ola bilər, çünki bu, yoğun bağırsağa zərər verir və hüceyrələrdə mutasiyaya səbəb olur.
Aygün Musayeva