Vaşadze təəssüflə bildirib ki, yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak etməməyə dair müxalifət partiyaları arasında razılıq əldə olunmayıb: "Əsas hədəfimiz zorakı rejimin dəyişdirilməsidir, bir-birimizə qarşı deyil".
O vurğulayıb ki, bu seçkilər real mübarizə meydanı deyil və onları boykot edən partiyalar əksəriyyət təşkil edir. Vaşadzeyə görə, ölkədə seçki mühiti tamamilə deqradasiyaya uğrayıb, beynəlxalq müşahidə missiyaları prosesdən uzaqlaşdırılıb və siyasi məhbuslar hələ də həbsdədir. O, əsas mübarizənin qarşıda olduğunu və müxalifətin vahid qərar mexanizmi yaratmasının vacibliyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31