AZ

PKK silahlarını təhvil verir

Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin birinci qrupu Şimali İraqın dağlıq ərazilərində silahlarını təhvil verməyə başlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı türk mediası yayıb. Bildirilir ki, silahlar Süleymaniyyə vilayətindəki bir mağarada saxlanılacaq və daha sonra məhv ediləcək.

 

Təhlükəsizlik səbəbilə əraziyə mətbuat buraxılmır, lakin sonradan müvafiq görüntülərin mediaya təqdim olunacağı gözlənilir.

 

Ərazidə bir neçə hərbi helikopter havadan müşahidə və nəzarət həyata keçirir. Həmçinin, ətraf yollarda çoxlu sayda təhlükəsizlik texnikası müşahidə olunur.

 

Fidan Hacızadə
Sfera.az


 

Seçilən
16
sfera.az

1Mənbələr