AZ

Hansı qadınlarda süd vəzi xərçəngi riski çoxdur- Arıq, yoxsa kök?




Həddindən artıq çəkisi, ürək-damar xəstəlikləri olan qadınlar postmenopozal dövrdə süd vəzisi xərçəngi üzrə risk qrupundadır.

“Medicina” xəbər verir ki, beynəlxalq alimlər qrupu bədən kütlə indeksi ilə xərçəng arasında əlaqəni sübut edib.

Bədən kütləsi indeksi (BKİ) çəkinin boyun kvadrat metrinə bölünməsi ilə ölçülür. Boyun çəkiyə nisbəti 18,5-dən 24,9-a qədər olduqda bədən kütləsi normal, 25-dən yuxarı olduqda isə artıq hesab olunur.

Daha əvvəl yüksək bədən kütlə indeksinin qadınlarda menopozdan sonra döş xərçəngi ehtimalını artırdığı təsbit edilsə də, bu riskin digər xroniki xəstəliklərlə birlikdə artıb-artmadığı aydın deyildi. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin üzvü, doktorHeinz Freislinqin rəhbərlik etdiyi qrup Avropa EPIC layihəsi və Böyük Britaniya Biobankından təxminən 170.000 qadının məlumatlarını təhlil edib. Tədqiqatın əvvəlində iştirakçıların heç birinə ürək-damar xəstəliyi və ya 2 TİP diabet diaqnozu qoyulmamışdı.

10 il ərzində aparılan müşahidələr nəticəsində 6793 qadında döş xərçəngi aşkarlanıb. Alimlər müəyyən ediblər ki, hər əlavə 5 kq/m² çəki bu müddət ərzində ürək-damar xəstəliyindən əziyyət çəkənlərdə xərçəng riskini 31% artırır.

Belə xəstəlikləri olmayan qadınlarda risk artda da, bu daha az faizlə olub.Eyni zamanda, 2-ci tip diabetin olması, tədqiqatın göstərdiyi kimi, artıq çəki ilə döş xərçəngi riski arasındakı əlaqəyə təsir göstərməyib.

Aygün Musayeva

Seçilən
25
1
medicina.az

2Mənbələr