AZ

Əmək Məcəlləsinə maaşla bağlı dəyişiklik edildi - 6 ay müddətində...

Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.

 

Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

 

Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

 

Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir.

Tarix: 11 İyul 2025, 12:48   
Seçilən
10
35
pravda.az

10Mənbələr