Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komanda bu gün iki oyun keçirəcək.
İlk qarşılşama Bakı vaxtı ilə saat 13:20-də “Tsukuba”ya (Yaponiya) qarşı olacaq. Komanda növbəti matçını 15:00-da İsveçrə təmsilçisi “Lozanna”ya qarşı keçirəcək.