AZ

Almaniya növbəti mobil səhra hospitalını Ukraynaya çatdırıb

Almaniyanın “Rheinmetall” şirkəti “Role 2” tipli dördüncü mobil səhra hospitalını Ukrayna Silahlı Qüvvələrinə çatdırıb.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, eyni zamanda, Ukrayna hərbçiləri Mekkenbeurendə yerləşən “Rheinmetall Mobile Systeme GmbH” sahəsində mobil səhra hospitalı ilə bağlı müvafiq təlim keçiblər.

“Role 2” tipli mobil səhra hospitalı üç yük maşını, qoşqu və cəmi altı konteynerdən ibarətdir. Qısa zaman kəsiyində istismar üçün tam hazır hala gətirilən hospital, yerdəyişmə anında da asanlıqla başqa bölgəyə daşına bilir. Mobil səhra hospitalında döyüş meydanında yaralanan əsgərlər üzərində cəld şəkildə tibbi müdaxilələr aparılır. Ağır yaralanan xəstələrin vəziyyəti stabilləşdirildikdən sonra isə digər mərkəzi xəstəxanalara və ya stasionar müəssisələrə göndərilir.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi “Rheinmetall” şirkətinə 2023-cü ilin iyununda iki, 2024-cü ilin avqustunda isə əlavə səkkiz mobil səhra hospitalı sifariş edib. Sifariş üzrə mobil səhra hospitallarının tədarükləri 2026-cı ilin sonuna qədər tamamlanacaq.

Seçilən
6
poliqon.az

1Mənbələr