AZ

Çin dilini öyrənməyə başladı - Bu, onun nəyinə lazımdır?

“Barselona”nın futbolçusu Lamin Yamal yay aylarını səmərəli şəkildə dəyərləndirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu yaxınlarda Çinin Şanxay şəhərinə səfər edib və artıq Çin dili üzrə təhsilə başlayıb.

Onun yaşında yeni dilləri öyrənmək daha asan və təbii qarşılandığı üçün Yamal bu prosesi asanlıqla mənimsəyir.

O, yalnız Şanxayla kifayətlənməyib. Futbolçu yay səfərləri çərçivəsində başqa ölkələrdə də olub.

18 yaşı yenicə tamam olan Yamal həmçinin, Braziliyaya da baş çəkib. O, burada “Barselona”nın keçmiş oyunçusu Neymarla görüşüb və söhbət edib.

Neymar bir vaxtlar Yamalın hazırda çıxış etdiyi Kataloniya klubunun əsas simalarından biri idi.

Seçilən
5
sportinfo.az

1Mənbələr