AZ

Sibiqa: Neftin qiymətinin aşağı salınması Rusiyanın hərbi cinayətlərini dayandıracaq

Ukrayna xarici işlər naziri Andriy Sibiqa ABŞ senatorları Lindsi Qrem və Riçard Blumenthal ilə görüşündə Rusiyanı neft gəlirlərindən məhrum etmək üçün neftin marjinal qiymətinin aşağı salınmasının vacibliyini vurğulayıb...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna diplomatiyasının rəhbəri Romadakı görüşün yekunları üzrə X sosial şəbəkəsində məlumat verib.

"Romada ABŞ senatorları Lindsi Qrem və Riçard Blumenthal ilə mühüm söhbət oldu. Onların Ukraynanın Yenidənqurulması üzrə Konfransda və İstəklilər Koalisiyasının iclasında iştirakı transatlantik birliyin və Ukraynanın sabitliyinə, yenidən qurulmasına və müdafiəsinə dəstəyin vacib siqnalı idi", eyə Sibiqa yazıb.

O əlavə edib ki, Ukrayna tərəfi ABŞ Senatının ədalətli və davamlı sülhün əldə edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir.

"Rusiya və onun hərbi hərəkətlərini dəstəkləyənlər real təzyiqlərlə üzləşməlidirlər. Bu baxımdan mən Rusiyanı neft gəlirlərindən məhrum etmək üçün neftin marjinal qiymətinin aşağı salınmasının vacibliyini də vurğuladım ki, bu da müharibə cinayətlərinin qarşısını alacaq. Biz həlledici mərhələdəyik. Güclü rəhbərlik və qərarlar güc yolu ilə sülhə nail olmaq üçün vəziyyəti dəyişə bilər", deyə XİN rəhbəri qeyd edib.

Poliqon.info

 

Seçilən
7
poliqon.info

1Mənbələr