AZ

bp Azərbaycanın neft tarixinə dair yeni tədqiqat layihəsini təqdim edir (FOTO)

Bakı. Trend:

Dünən bp Azərbaycanın tarixində neftin həlledici rolunuaraşdıran yeni tədqiqat layihəsini təqdim edib. Layihə çərçivəsində“Neftimizin Avropaya uzun yolu. Bu yolun bilinən və bilinməyənfaktları, işıqlı və qaranlıq səhifələri” adlı əhatəli kitab nəşrolunmuşdur.

Bu təşəbbüs bp-nin Azərbaycanın zəngin tarixi və mədəni irsinin,o cümlədən onun enerji sahəsindəki möhtəşəm mirasının tədqiqi vətəbliğinə verdiyi davamlı dəstəyinin bir hissəsidir. Layihə təkcətarixi araşdırmalara töhfə verməklə kifayətlənmir, həm də neftinmillətin kimliyinin və ölkənin qlobal tərəfdaşlıqlarınınformalaşmasında oynadığı strateji rolu bir daha vurğulayır.

258 səhifədən ibarət bu nəşr Azərbaycanın neft və qazsənayesinin inkişafını dörd əsas tarixi dövr üzrə sənədləşdirən ilknəşrdir: çar Rusiyası dövrü, Azərbaycan Xalq Cümhuriyyəti(1918–1920), Sovet dövrü və müstəqilliyin bərpasından sonrakıpost-sovet dövrü.

Kitabın əvvəlində XIX əsrin ikinci yarısından başlayaraq Bakıdahəyata keçirilən neft hasilatına dair ümumi məlumat təqdim olunur,neftin xarici bazarlara erkən ixracı və Azərbaycanın qlobal arenadaön plana çıxmasında strateji rolu vurğulanır. Nəşrdə həmçininAzərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə aparılanmüzakirələr, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransındamilli müstəqillik uğrunda neftdən bir vasitə kimi istifadə olunmasıüçün göstərdiyi səylər ətraflı şəkildə təhlil olunur.

Sonrakı fəsillərdə Sovet neft siyasəti və Azərbaycanda bolşevikişğalından sonra neft sənayesinin milliləşdirilməsi ilə bağlıməsələlər araşdırılır.

Kitabda həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasındansonrakı yeni neft erası, o cümlədən xarici neft şirkətləri iləaparılan ilkin danışıqlar, qarşıya çıxan çətinliklər və 1994-cüildə “Əsrin müqaviləsi”nin tarixi imzalanması hadisələri əhatəolunub. Nəşrdə Azərbaycanın enerji tarixində dönüş nöqtəsi olanhəmin dövrdə aparılan mürəkkəb danışıqlar, siyasi intriqalar vəölkənin təhlükəsizliyinə olan təhdidlər barədə dəyərli məlumatlartəqdim olunur.

Hərtərəfli arxiv araşdırmalarına və tarixi qəzet materiallarınaəsaslanan bu kitab, geniş oxucu auditoriyası cəlb etmək məqsədiləsadə və anlaşılan nəql üslubunda qələmə alınmışdır. Nəşrdə həmçininAzərbaycanın neft ixracı və beynəlxalq danışıqları ilə bağlı nadirvə dəyərli sənədlərə də yer verilmişdir.

Layihənin ümumi dəyəri 48500 AZN (təxminən 28530 ABŞ dolları)təşkil edir və bu məbləğ nəşr öncəsi işlər və layihənin idarəolunması, habelə ümumilikdə 1000 nüsxə tirajla kitabın nəşri üçünxərcləri əhatə edir.

Layihə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindənhəyata keçirilmişdir. Kitabın müəllifi jurnalist MüsəllimHəsənovdur.

bp
bp
bp
bp
Seçilən
103
8
az.trend.az

9Mənbələr