AZ

Ermənistanda daha bir HƏBS

Hakim David Arqamanyanın qərarı ilə “Tashir Pizza” şəbəkəsinin direktoru Vaqinak Kazaryan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Musavat.com erməni mediasına istinadən xatırladır ki, iyulun 3-də “Tashir Group” şirkətinin baş ofisində aparılan axtarışlardan sonra iki nəfər saxlanılıb.

İyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı həbs ediblər. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunur. Məhkəmənin qərarı ilə iş adamı iki ay müddətinə həbs edilib.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr