Cənubi Koreya Boeing AH-64E Apache Guardian helikopterlərinin əlavə partiyasını almaqdan imtina edib...
Poliqon xəbər verir ki, bu barədə Amerikanın Defence News nəşri məlumat yayıb.
Jurnalistlər qeyd ediblər ki, helikopterlərin alınması ilə bağlı müqavilə ötən ilin avqustunda təsdiqlənib. Müqaviləyə əsasən, ABŞ 3,5 milyard dollar dəyərində 36 ədəd avadanlıq satmalı idi. Lakin 2025-ci ilin iyulunda Cənubi Koreya bu təklifi rədd edib. Eyni zamanda, 2016-2017-ci illərdə Seul eyni sayda helikopterin ilk partiyasını alıb.
Nəşr yazır ki, Apache Şimali Koreyanın sürətli qayıqlarına və zirehli texnikasına qarşı istifadə edilməsi planlaşdırılıb. Bununla belə, Koreya Respublikası Milli Assambleyasının Müdafiə Komitəsi Ukraynadakı münaqişə təcrübəsinə istinad edib. Bununla əlaqədar ölkə hakimiyyəti maliyyəni daha uyğun sahəyə, xüsusən də dronlara yönəltmək qərarına gəlib.
Fevral ayında Şimali Koreya lideri Kim Çen In ABŞ, Yaponiya və Koreya Respublikası arasında hərbi ittifaqın regionda güc balansını pozduğunu bildirmişdi. Şimali Koreya lideri bu barədə ölkənin Müdafiə Nazirliyinə səfəri zamanı bildirib.
Poliqon.info