AZ

Yeni universitetlər yaradılır?- Nazirlikdən AÇIQLAMA

Ötən gün Elm və təhsil naziri çıxışında yeni tədris ilində 10-dan artıq məktəbin açılmasını qeyd edib.

Bəs, görəsən, gələcəkdə yeni universitetlərin yaradılması planlaşdırılırmı?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinin sayı və fəaliyyəti ilə bağlı qərarlar təhsilin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi və elmi-tədqiqat potensialının gücləndirilməsi məqsədilə qəbul edilir:

"Hazırda ali təhsil müəssisələrində akkreditasiya prosesi həyata keçirilir. Bu proses zamanı təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyəti, maddi-texniki bazası və tədris proqramlarının uyğunluğu qiymətləndirilir. 

Eyni zamanda bildiririk ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir”.

Seçilən
18
azedu.az

1Mənbələr