"Tottenhem" klubu Mohammed Kudusu heyətinə qatdığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Tottenhem" qanalı futbolçu üçün "Vest Hem"ə 55 milyon funt-sterlinq ödəyib. Onunla 6 illik müqavilə imzalanıb.
Kudus son iki mövsüm Premyer Liqada 65 oyunda 13 qol vurmağı bacarıb.
London klubunda növbəti hədəf Morqan Gibbs-Vaytdır. Bu keçidin də qarşıdakı günlərdə rəsmiləşəcəyi gözlənilir.