AZ

Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib

Bakı, 11 iyul, AZƏRTAC

Uzun müddət qəzalı vəziyyətdə olan və dəyərli tarixi mirasımızı yaşadan Qala Əntiq Əşyalar Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin həyata keçirdiyi bərpa işlərindən sonra yenidən ziyarətçilərin ixtiyarına verilib.

Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda muzeydə 800-dən çox unikal eksponat nümayiş etdirilir.

2011-ci ildə yaradılan muzey, illər boyunca Azərbaycan xalqının zəngin dekorativ-tətbiqi sənət nümunələrini və qədim məişət əşyalarını geniş ictimaiyyətə təqdim edib.

Seçilən
21
8
azertag.az

10Mənbələr