AZ

"Barselona" ulduz futbolçunu qovdu -

“Qalatasaray” qapıçı mövqeyi üçün transfer fəaliyyətini davam etdirir. Metbuat.az xəbər verir ki, “Qalatasaray” "Barselona"nın futbolçu Mark-Andre ter Stegenin xidmətində maraqlıdır. İddialara görə, "Barselona" Mark-Andre ter Stegenə klub tapmağı tapşırıb. Bundan sonra Türkiyə klubu qapıçı ilə təmaslar qurub.

Qeyd edək ki, Mark-Andre ter Stegenin “Barselona”ya hörmətsizlik etdiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, Ter Stegen Çempionlar Liqasında “İnter”lə oyundan əvvəl zədəsini sağaltdığını və oynamaq istədiyini ifadə edib. Məşqçilər heyəti Voyçak Şezninin oynamasına qərar veriblər. Buna görə də, futbolçu komanda ilə birgə İtaliyaya yollanmayıb. Klub futbolçunun bu hörmətsizliyinə görə, onu transferə çıxarıb.

Seçilən
5
1
metbuat.az

2Mənbələr