AZ

Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

Bakı. Trend:

Prezident İlham Əliyev “Yaşayış minimumu haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunutəsdiqləyib.

Trend xəbərverir ki, sənədə əsasən, minimum istehlak səbətinin qida məhsullarıüzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsilmüəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qidanormaları müəyyən edilir.

Bundan başqa, dövlət başçısı “Yaşayış minimumu haqqında” qanunlabağlı fərman imzalayıb.

Fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icrahakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyatakeçirir, səlahiyyətli orqanlar dedikdə isə Nazirlər Kabineti vəDayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

Nazirlər Kabineti “Yaşayış minimumu haqqında” qanunun 3.3-cümaddəsinə uyğun olaraq, tibb müəssisələrində, təhsilmüəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qidanormalarını üç ay müddətində müəyyən edib Prezidentə məlumatverməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həlletməlidir.

Seçilən
14
16
az.trend.az

10Mənbələr