Ötən mövsüm 1-ci liqanı 4-cü yerdə başa vuran “Mingəçevir”də baş məşqçi dəyişikliyi rəsmiləşdi. “Nur şəhəri”nin təmsilçisi Füzuli Məmmədovun boşaltdığı posta Ramiz Məmmədovu gətirdi.
“Football-plus.az” xəbər verir ki, bu qərar və klubun Füzuli Məmmədova təşəkkür elan etməməsi mingəçevirli azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb. Şərhləri təqdim edirik.
elnur.mdv: Ən azından Füzüli Məmmədova təşəkkür edə bilərdiz. Klub biabırçı şəkildə idarə olunur.
_serxan87: Bəs Füzuli Məmmədova olan təşəkkür?
ibn.kamal.al.khaldani: Hə, deməli, torpada pişik var. ASTA yeni “oyun” sərgiləməyə başlayır. Allah axırını xeyir etsin!
sarxanmusali: Füzuli Məmmədovun ahı tutmasa, yaxşıdı.
aliyefm_9: Ramiz Məmmədovun özü oynayacaq? Transferlər hardadı? Mən deyirəm, belə getsə, 2-ci liqa xeyirli olsun.
etimat1977: Ən azı Füzuli müəllimə təşəkkür edə bilərdiz. Komandanı sonuncu yerdən 4-cü pilləyə daşıdı. Ayıb olsun belə idarəçiliyə! Ümidlərimizi məhv etdiz!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta