AZ

Bitcoindən yeni rekord

Bitcoin bu səhər 117.000 dolları ötərək bütün zamanların rekordunu qırıb.

Yenisabah.az xəbər verir ki, Tramp bu səhər tarifdən üstünə tarif elan etməklə başlayıb. O bildirib ki, Kanada 35% tarifə tabe olacaq.

Tramp bu gün Aİ-yə tarif məktubu göndərəcəyini də açıqlayıb. O, həmçinin əksər ticarət ölkələri üçün 15% və ya 20% ümumi tarif tətbiq edəcəyini bildirib. pizza

Üstəlik, FED-in faiz dərəcələrini aşağı salması ilə bağlı təzyiqləri faiz endirimi gözləntilərini artırıb. Bu hadisələr kriptovalyutalara fayda verib.

Bitcoin bu səhər ticarətində 117 min dollarla rekord qırıb. İkinci ən yüksək həcmli kriptovalyuta olan  Ethereum son 24 saatda 18% artaraq 3024 dollara satılır.

Dogecoin 0,2006 sentdən ticarət edir. Dogecoin-in son 24 saatda bahalaşması 17 faiz həcmində olub.

Coinglass tərəfindən dərc edilən rəqəmlərə görə, son gündə 1 milyard dollardan çox Bitcoin qısa mövqeləri ləğv edilib.

Son 24 saat ərzində kriptovalyuta bazarının ümumi dəyəri 5,86 faiz artaraq 3,66 trilyon dollara çatıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
33
yenisabah.az

1Mənbələr