AZ

Türkiyə Prezidentinin müşaviri Yiğit Bulut vəfat etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, eyni zamanda Prezidentin İqtisadi Siyasətlər Şurasının üzvü, tanınmış jurnalist və iqtisadçı Yiğit Bulut bu səhər dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin sabiq daxili işlər naziri Süleyman Soylu X (keçmiş Twitter) hesabında paylaşım edib.

"Prezidentimizin baş müşaviri, İqtisadi Siyasətlər Şurasının üzvü, jurnalist-yazar və iqtisadçı dəyərli dostum Yiğit Bulut, keçirdiyi ağır xəstəlik səbəbilə bu səhər Haqqa qovuşub. Kədərli ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı diləyirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun."

Qeyd edək ki, Yiğit Bulut uzun illər boyunca Türkiyə mediasında və dövlət idarəçiliyində mühüm vəzifələrdə çalışıb.

Seçilən
31
2
teleqraf.com

3Mənbələr