Bakı. Trend:
Medianın İnkişafı Agentliyi (MEDİA) və “Azerconnect Group”unbirgə əməkdaşlığı çərçivəsində milli mətbuatın 150 illiyimünasibətilə “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusundaForum keçirilir.
Trend xəbərverir ki, açılış mərasimində “Azerconnect Group” baş direktoru EmilMəsimov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov və MətbuatŞurasının sədri Rəşad Məcid çıxış edəcəklər.
Məlumat üçün bildirək ki, Forum “Əkinçi” qəzetinin bəyan etdiyiprinsipləri rəhbər tutan Azərbaycan mediasının bu il 150 illikyubileyi münasibətilə rəqəmsal media sahəsində peşəkar vərdişlərininkişaf etdirilməsi, medianın gələcəyi və gənclərin bu prosesdəkirolunun əhəmiyyəti, onların informasiya istehsalında fəal iştirakıvə dəyişən media reallıqları ilə bağlı düşüncələrinintəkmilləşdirilməsi, gənclər üçün təcrübəli media nümayəndələri iləşəbəkələşmə imkanlarının yaradılması, eyni zamanda bu sahədə kadrpotensialının və məşğulluq imkanlarının artırılması məqsədiləkeçirilir.
Forum çərçivəsində jurnalistika və kommunikasiya ixtisası üzrətəhsil alan, həmçinin media sahəsinə marağı olan 100 nəfərə yaxıntələbənin iştirakı ilə mətbuat tarixi, media təhsili və məşğulluqimkanları, habelə mediada innovasiyaların və texnologiyanın tətbiqikimi mövzularda peşəkar media nümayəndələri, ekspertlərin iştirakıilə panel ssesiya, təlim və üzbəüz görüşlərin təşkil edilməsiplanlaşdırılır.
Belə ki, tədbir zamanı “Gələcəyin mediasına baxış: jurnalistikagələcəyin peşəsi kimi” adlı panel sessiya və “Media peşəkarlığı vəyeni nəsil jurnalistika” adlı “One-on-one” formatlı görüşkeçiriləcək.
Bundan əlavə, “Müasir dövr mediasında gənclər üçün məşğulluqimkanları” və “Süni intellektin jurnalistikada rolu” mövzusundatəlimlərin keçirilməsi də Forumun proqramına daxil edilib.
Sonda isə təlimlər və şəbəkələşmə görüşündə aktiv olan, həmçininkeçiriləcək “quiz”də ən yüksək göstəricisi olan 40 gəncə hədiyyələrtəqdim olunacaq.
Xəbər yenilənəcək