“Yalı Çapkını” serialı ilə milyonların qəlbini fəth edən aktyor Mert Ramazan Demir şəxsi həyatı ilə bir gündəmə gəlib.
Dərgi.az xəbər verir ki, aktyor hazırda Akyaka bölgəsində istirahət edir. Tətil zamanı paparatsilər tərəfindən lentə alınan görüntülərdə Mertin naməlum bir xanımla səmimi və romantik anlar yaşadığı müşahidə olunub. Cütlük çimərlikdə birgə vaxt keçirib, əl-ələ gəzib, mehriban davranışları ilə diqqət çəkib.
Qeyd edək ki, Mert Ramazan Demir daha əvvəl uzun müddət həmkarı, məşhur aktrisa Afra Saraçoğlu ilə münasibətdə olub.