AZ

Öldürülən qadının hər parçası bir zibillikdən tapıldı

ain.az, Lent az portalına istinadən məlumat verir.

Rusiyanın Moskva vilayətində 65 yaşlı kişi qadını öldürərək meyitini parçalayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə bu il may ayının sonunda baş verib. Həlak olan Svetlana tanışı Sergeyə qonaq gəlib. Pensiyaçılar arasında mübahisə yaranıb və bu zaman kişi qadını başından vurub. Qadının öldüyünü görən Sergey cinayətin izlərini gizlətmək qərarına gəlib. O, meyiti 20 hissəyə parçalayıb paketlərə yığaraq, şəhər boyunca müxtəlif zibil qutularına atıb.

Qadının yoxa çıxmasından sonra onu tapmaq üçün bir ay yarım axtarış aparılıb: yaxınları polisə və könüllülərə müraciət ediblər. Qalıqlar iyulun 9-da "Maşınqayırma" bağçılıq cəmiyyətində və Elektrostal qəsəbəsinin bir neçə digər rayonunda aşkar edilib.

Ekspertiza tapılan bədən hissələrinin itkin düşmüş qadına aid olduğunu təsdiqləyib. Bundan sonra polis əməkdaşları şübhəlini saxlayıblar və o, törətdiyi cinayəti tam etiraf edib. Məlumata görə, həmin kişi əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb, lakin 2017-ci ildə döymə faktı ilə bağlı onun barəsində inzibati iş açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
lent.az

2Mənbələr