AZ

Dünya çempionu “Boka Xuiors”a keçdi

“Roma”nın argentinalı futbolçusu Leandro Parades ölkəsində çıxış edəcək.

Msport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Boka Xuiors”a keçib.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Paradeslə 3 illik müqavilə imzalanıb. Leandro ötən mövsüm “Roma”da 32 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, DÇ-2022-də Argentina millisi ilə çempion olan futbolçu 2023-cü ildən “Roma”da oynayırdı.

Seçilən
9
2
msport.az

3Mənbələr