Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” (Niderland) təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, komanda digər bir Niderland klubu “Katveyk”lə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb.
Kökçü də bu görüşdə iştirak edib. O, ikinci hissədə meydana çıxıb.
"Volendam" növbəti mövsümdən Niderlandın əsas liqasında mübarizə aparacaq. Ozan Can Kökçü isə mayın 27-də bu klubla 1+1 illik müqavilə imzalayıb.
“Volendam” - “Katveyk” 1:1
Qollar: Key-Shawn Wong-A-Soij, 22 - Angelo Kamperveen, 69