Bu yaxınlarda "Karvan"da maraqlı təyinatlar oldu.

Rekord.az xəbər verir ki, baş məşqçi Kənan Kərimov postundan ayrılaraq, vitse-prezident vəzifəsinə təyin edildi.

Baş məşqçi postu isə Azər Həşimova tapşırıldı. Lakin bütün bu təyinatlar formaldı. Belə ki, Kərimov Pro kateqoriyası olmadığı üçün adı rəsmi olaraq baş məşqçi kimi getməyəcək. Amma komandaya futbolçu seçimini, eləcə də oyunlarda əsas heyətin qurulmasını birbaşa Kərimov özü həyata keçirəcək. Həşimov baş məşqçi olsa da, sadəcə, Kərimovun tapşırdığı proqram əsasında məşq keçəcək.