AZ

İrəvanda Samvel Karapetyanın daha bir adamı saxlanıldı

Ermənistanda həbs olunan rusiyalı biznesmen Samvel Karapetyanın şirkətlər qrupuna aid “Taşir Pizza” restoranları şəbəkəsinin direktoru Vaqinak Kazaryan saxlanılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun barəsində 1 ay həbs qətimkan tədbiri seçilib.

Məlumata əsasən, onun həbsi “Taşir” şirkətlər qrupunun təsisçisi Samvel Karapetyanın işi ilə əlaqəli olub.

Erməni əsilli rusiyalı milyarder, “Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-də saxlanılıb.

O, ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edən qüvvələri dəstəkləməkdə ittiham olunur.

Seçilən
6
1
modern.az

2Mənbələr