Bakı.Trend:
Şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutlarımüsabiqəyə çıxarılır.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb.
Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlıtədbirlər çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Zaqatala,Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Quba, Şəki-Oğuz,Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın,Qurbanzadə kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi(Goranboy)-Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir)-Gəncə(Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə (Bağbanlar küçəsi),Qırıqlı kəndi (Göygöl)-Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi(Şəmkir)-Gəncə (Dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux)-Gəncə(Dəmiryol vağzalı), Qaradağlı kəndi (Goranboy)-Gəncə (Avtovağzal),Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakı şəhəri 157nömrəli şəhərətrafı marşrut (Sulutəpə qəsəbəsi) - Bakı BeynəlxalqAvtovağzal Kompleksi (BBAK) şəhərlərarası və şəhərətrafı avtobusmarşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqedilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.
Sənədlər 09 avqust saat 17:00-dək AzərbaycanYerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən HacıMəmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.:050-855-53-55, e-poçt: [email protected]) qəbulediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü,Bakı-Zaqatala, Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Qubaistiqamətlərində 6 Lot üzrə avqustun 26-da;
Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə,Bakı-Xankəndi-Laçın istiqamətlərində 7 Lot üzrə avqustun 29-da;
Qurbanzadə kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi(Goranboy)-Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir)-Gəncə(Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə (Bağbanlar küçəsi),Qırıqlı kəndi (Göygöl)-Gəncə (Avtovağzal) istiqamətlərində 5 Lotüzrə sentyabrın 2-də;
Ağlavaşlı kəndi (Şəmkir)-Gəncə (Dəmiryol vağzalı), Ziyadlı kəndi(Samux)-Gəncə (Dəmiryol vağzalı), Qaradağlı kəndi (Goranboy)-Gəncə(Avtovağzal), Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakışəhəri 157 nömrəli şəhərətrafı marşrut (Sulutəpə qəsəbəsi)-BakıBeynəlxalq Avtovağzal Kompleksi istiqamətlərində 5 Lot üzrəsentyabrın 5-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərətrafı marşrut xətləriqanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydadamüsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.