Müğənni Elvin Abdullayev yay istirahətini ailəsi ilə birlikdə Türkiyədə keçirir.
Musavat.com xəbər verir ki, sənətçi dincəlmək üçün məşhur turizm bölgəsi Bodrumu seçib. Gəzinti zamanı çəkilən fotoları Elvin şəxsi İnstagram hesabında izləyiciləri ilə bölüşüb.
Paylaşımlarda sənətçinin həyat yoldaşı, tanınmış bloger Afət Abdullayeva, eləcə də cütlüyün oğulları Tuncay və Səid yer alıblar. Ailə üzvləri fotolarda xoş və səmimi görüntüləri ilə diqqət çəkiblər.
Elvinin istirahət zamanı dəniz mənzərəli məkanlarda çəkdirdiyi kadrlar izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Elvin Abdullayev sənət fəaliyyəti ilə yanaşı, ailəsi ilə paylaşdığı məqamlarla da tez-tez gündəmə gəlir.
Könül
Musavat.com


