AZ

Kanadanı 35%-lik gömrük rüsumu ilə hədələdi

ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən Kanadadan idxal olunan mallara 35%-lik gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bununla bağlı “Truth Social” platformasında paylaşım edib.

Qeyd olunub ki, bəzi Kanada məhsullarına artıq 25%-lik gömrük rüsumları tətbiq olunur.

Kanadanın Baş naziri Mark Karni “X” hesabında Trampın paylaşımına cavab verərək bildirib ki, hökumət 1 avqustadək son tədbirlər görülənə qədər işçilərini və müəssisələrini qorumağa davam edəcək.

Bundan əlavə, Ağ Evin Aparat rəhbəri əksər ticarət tərəfdaşları üçün 15% və ya 20%-lik ümumi gömrük rüsumlarının tətbiq edildiyini elan edib.

Seçilən
10
1
qafqazinfo.az

2Mənbələr