Bakı. Trend:
İrəvanda rusiyalı biznesmen Samvel Karapetyanın şirkətlərqrupuna aid “Taşir Pizza” pizza restoranları şəbəkəsinin direktoruVaqinak Kazaryan saxlanılıb. Onun barəsində 1 ay həbs qətimkantədbiri seçilib.
Bu barədə TrendErmənistan KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, onun həbsi “Taşir” şirkətlər qrupunun təsisçisiSamvel Karapetyanın işi ilə əlaqəli olub.
Qeyd edək ki, erməni əsilli rusiyalı milyarder, “Taşir"şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-də gecəsaatlarında İrəvanda saxlanılmışdı. O, iqtidarla kilsə arasındayaşanan gərginlik fonunda Apostol Kilsəsinə açıq dəstəyinə görəPaşinyanın narazılığına səbəb olmuşdu.