AZ

Pentaqon hərəkətə keçdi - ABŞ PUA texnologiyasında yenilikdə

BAKI, TurkicWorld

ABŞ pilotsuz uçuş aparatlarında (PUA) üstünlük uğrunda hərəkətə keçib.

TurkicWorld xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset ölkədə PUA istehsalının sürətləndirilməsini və bu sahədəki məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan yeni memorandum imzalayıb.

Sənəd ABŞ prezidenti Donald Trampın iyun ayında imzaladığı sərəncamın davamı olaraq yayımlanıb. Memorandumda qeyd olunub ki, istehsalata mane olan və bu həyati texnologiyalara çıxışı məhdudlaşdıran bütün məhdudiyyətlər ləğv olunur.

Memorandumda mini dronların artıq ənənəvi silah sistemləri qədər strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb: “Onlar böyük silahlar qədər önəmli olmalı, ucuz, tez dəyişdirilə bilən və istehlak edilə bilən texnologiya kimi qəbul edilməlidir”.

Pentaqon bu sahədə ABŞ-ın 2027-ci ilə qədər üstünlük əldə etməsini hədəfləyir. Təlim sahələrinin genişləndirilməsi, 90 gün ərzində üç yeni milli PUA sınaq mərkəzinin yaradılması, müraciətlərə isə maksimum 30 gün ərzində cavab verilməsi nəzərdə tutulur.

Yeni qaydalara əsasən, hərbi komandirlər milli təhlükəsizlik standartlarına cavab verən dronları birbaşa satın almaq, sınaqdan keçirmək və təlimlərdə istifadə etmək hüququna malik olacaqlar.

Seçilən
33
turkic.world

1Mənbələr