AZ

Çərçivə Sülh sazişi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq – DETALLAR AÇILDI

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanin baş naziri Nikol Paşinyan arasında Əbu Dabi şəhərində keçirilən ikitərəfli görüş birmənalı olaraq sülh sazişinin əldə olunması istiqamətində atılan mühüm addımdır. Regionda geosiyasi maraqları olmayan Birləşmiş Ərəb Əmirliklərinin ərazisində görüşün bu formatda keçirilməsi sülhün əldə olunmasını sürətləndirə də bilər”.

News24.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev qeyd edib

O bildirib ki, görüşün 5 saat davam etməsi və orada iştirak edən şəxslərin siyahısı hər iki ölkə arasında mövcud olan bütün problemli məsələlərin geniş müzakirə olunduğunu göstərir:

“Nəticə olaraq yaxın perspektivdə, amma Ermənistanda keçiriləcək parlament seçkilərindən bir neçə ay əvvəl , “Çərçivə Sülh Sazişi” imzalanacaq, bu sənədlə Ermənistan Zəngəzur dəhlizinin açılmasına və Minsk qrupunun ləğv olunmasına razılıq verəcək. Demarkasiya prosesi isə daha da sürətlə davam edəcək.

Bu sənədlə Ermənistan baş naziri ölkə ərazisində geniş təbliğat kompaniyasına başlayacaq. Daşnakları, revansistləri və erməni apostol kilsəsinin nümayəndələrini həbs edən Nikol Paşinyanın əli qolu bir qədər də açılacaq. Türkiyə də bu proseslərə aktiv təsir edəcək. Azərbaycan isə müxtəlif addımlarla nümayiş etdirəcək ki, Nikoldan başqa kimsə ilə müzakirə aparmaq niyyəti yoxdur. Beləliklə Nikol yenidən seçiləcək, qalan problemlər, o cümlədən Qərbi Azərbaycana qayıdış məsələləri seçkidən sonra daha aktiv müzakirələr yolu ilə həllini tapacaq. Sülh sazişi yalnız Azərbaycan tərəfinin bütün tələbləri yerinə yetiriləndən sonra imzalana bilər”.

Seçilən
16
1
news24.az

2Mənbələr