"Fənərbağça" 23 yaşlı Arçi Braunun transferi üçün "Gent"lə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" ingilis sağ cinah müdafiəçisi üçün Belçika klubuna 8-9 milyon avro ödəyəcək.

Bu barədə Saşa Tavolyeri məlumat yayıb.

Lakin A. Braunla "Milan" da yaxından maraqlanır. O, son qərarını bu gün verəcək: "Milan", yoxsa "Fənərbağça"?.

İtaliya nəhəngi klublar arasında razılıq ləğv olarsa, gənc futbolçunu heyətinə qatmağa çalışacaq.