AZ

Çantası 10 milyona satıldı

Fransalı müğənni-aktrisa Ceyn Birkinə məxsus olan ilk “Hermès Birkin” çantası “Sotheby’s” hərracında 10,1 milyon avroya satılıb.

Məlumata görə, çantanın start qiyməti 1,7 milyon avro olub və 9 kolleksiyaçı mübarizə aparıb. Sonda çantanı əldə edən şəxs Yaponiyadan olan kolleksiyaçı olub.

Hərrac evi bildirib ki, bu məbləğ çanta üçün tarixi rekord hesab olunur.

Qeyd edək ki, Paris modaevi “Hermès” bu eksklüziv çantanı 1984-cü ildə Ceyn Birkin üçün hazırlayıb və onun baş hərfləri ilə bəzəyib.

@qafqazinfo.az

Seçilən
7
2
valyuta.az

6Mənbələr