AZ

Türkiyə üçün tarixi gün: PKK BU GÜN SİLAHI YERƏ QOYUR

Yazını böyüt
Yazını kiçilt

Terrordan Azad Türkiyə prosesi çərçivəsində bu gün bir qrup PKK üzvü İraqda silahlarını yerə qoyacaq. Artıq çox sayda siyasətçi və jurnalist mərasimi izləmək üçün İraqa səfər edib.

Hafta.az-ın yazdığına görə, MHP sədri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında Abdullah Öcalana çağırışı ilə başlayan proses kritik mərhələyə çatıb.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyasında planlaşdırılmış və diqqətlə izlənilən mərasim üçün Diyarbəkirdən bir qrup Şimali İraqa gedib. 150 nəfərlik nümayəndə heyətinə DEM Partiyasının üzvləri və bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri daxildir.

İraqdan reportaj hazırlayan NTV komandasının üzvü Osman Terkan bildirib ki, mərasimin dəqiq yeri gizli saxlanılır. O, "Mərasimin saat 10:00-da baş tutacağı gözlənilir. Lakin mətbuat mənsubları bu gün səhər tezdən Dukan bölgəsinə çağırılıb. Dukan Qəndil dağlarının ətəyində yerləşən yaşayış məntəqəsidir. Lakin təhlükəsizlik baxımından bütün jurnalistlərin əraziyə buraxılmayacağı bildirilir. Onlara canlı yayımla bağlı xəbərdarlıq da edilib" deyib.

T24 komandasının üzvü Candan Yıldız, Ərbildəki Ramada otelindən mərasimin keçiriləcəyi yerə getdiklərini, hələ onlara heç nə açıqlanmadığını bildirib.

Proses təxminən 2,5 saat çəkəcək.

Seçilən
11
hafta.az

1Mənbələr