İyulun 10-dan 11-nə keçən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 155 təyyarə tipli pilotsuz təyyarəni məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Pilotsuz təyyarələrin əsas hissəsi, 53 ədəd Kursk vilayəti üzərində vurulub. Bundan başqa pilotsuz təyyarələrin 19-u Bryansk, 15-i Smolensk, 14-ü Belqorod və 13-ü Tula vilayəti üzərində zərərsizləşdirilib. Oryol vilayəti və Moskva vilayətlərinin hər biri üzərində 11 PUA məhv edilib.
Bundan əlavə, Krım üzərində - 7 pilotsuz uçuş aparatı, Qara dənizdə - 4, Lipetsk vilayətində - 4, eləcə də Rostov və Kaluqa vilayətlərinin 2-dən çox PUA məhv edilib.