Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində silahlı şəxslər bir neçə avtobusdan sərnişinləri qaçırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, silahlılar oğurladıqları sərnişinlərdən doqquzunu güllələyiblər.
Onun meyitləri polislər tərəfindən aşkarlanıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Oxşar zorakılıq əvvəllər də Pakistan hakimiyyətinə qarşı çıxan və onları zəngin Pəncab əyalətinin xeyrinə regionun təbii sərvətlərini talamaqda ittiham edən Bəluc separatçı yaraqlıları tərəfindən həyata keçirilib. Bəluc Azadlıq Ordusu Əfqanıstan və İranla həmsərhəd olan minerallarla zəngin regionda ən fəal üsyançı qruplaşmalardan biridir.