AZ

"Arsenal"dan rekord transfer

London "Arsenal"ı "Liverpul"un hücumçusu Olivia Smithi 1 milyon funt-sterlinqə (1,16 milyon avro) almaqla qadın futbolunda ən bahalı transfer rekorduna imza atacaq.

İdman.biz xəbər verir ki, bu barədə Britaniyanın məşhur “The Guardian” nəşri məlumat yayıb.

Məlumata gförə, qadın futbolu tarixində heç vaxt bir futbolçu üçün bu qədər məbləğ ödənilməyib.

“Liverpul” Smithi 2024-cü ildə "Sportinq"dən 50 min funt-sterlinqə transfer edib. 20 yaşlı futbolçu İngiltərə Qadınlar Super Liqasında debüt mövsümündə 20 matçda 7 qol vurub.

Qeyd edək ki, Smith 2019-cu ildən Kanada millisinin də formasını geyinir.

İdman.biz

Məqalədə:
Seçilən
6
1
idman.biz

2Mənbələr