AZ

Maşını park etməyə çalışan sürücü əyləc yerinə qaza basdı, market işçisini vurdu VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az xəbər verir ki, Karadolap məhəlləsində, Gülistan küçəsində qeydə alınan qəzada supermarket işçisi olan Birdal Sərtakan son anda ölümdən xilas olub.

İlkin məlumata görə, avtomobilini park etmək istəyən qadın sürücü əyləc yerinə səhvən qaz pedalına basıb. Nəticədə, avtomobil səkiyə çıxaraq əvvəlcə park edilmiş nəqliyyat vasitəsinə, daha sonra isə səki kənarında oturmuş ərzaq mağazası işçisi Birdal Sərtakana və internet qutusuna çırpılıb.

Zərbənin təsirindən market işçisi yüngül bədən xəsarətləri alıb və yerə yıxılıb. Hadisə nəticəsində üç avtomobilə ziyan dəyib. Qəzanın baş vermə anı ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kadrlarda supermarket işçisinin avtomobilin altında qalmaqdan son anda xilas olduğu açıq şəkildə görünür.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
avtosfer.az

1Mənbələr