AZ

Bu çanta Parisdə 7 milyona avroya satıldı


Fransalı müğənni-aktrisa Ceyn Birkinə məxsus olan ilk "Hermès Birkin" çantası "Sotheby’s" hərracında 7 milyon avroya (420 milyon rubldan çox) Yaponiyadan olan kolleksiyaçıya satılıb.Hərrac evi bildirib ki, bu məbləğ çanta üçün tarixi rekord hesab olunur. Daha əvvəl hərracda ən baha satılan çanta 2021-ci ildə "Hermès White Himalaya Niloticus Crocodile Diamond Retourne Kelly 28" modeli idi və 513 min dollara alıcı tapmışdı.

Xatırladaq ki, Paris moda evi "Hermès" bu eksklüziv çantanı 1984-cü ildə Ceyn Birkin üçün hazırlayıb və onun baş hərfləri ilə bəzəyib.

Mətləb

Seçilən
9
3
baki-xeber.com

6Mənbələr