Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü O.Yusifovun idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü S.Süleymanovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, yük avtomobilindən düşən metal borulardan biri yolun mərkəzində yerləşən bir ədəd işıq dirəyinə ziyan vurub.