AZ

Natiq Xankişiyev tutulub

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerliyə cəlb edilən şəhər sakini Natiq Xankişiyev saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, ondan 7 kiloqrama yaxın həşiş, metamfetamin və marixuana, eləcə də 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.

N.Xankişiyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan əcnəbi narkotacir tərəfindən kuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
mia.az

2Mənbələr